"SpaceX"in "Starship" raketinin 8-ci sınaq uçuşu ləğv edilib


Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkətinə məxsus “Starship” raketinin 8-ci sınaq uçuşu geri sayım zamanı ləğv edilib.



"Starship" raketinin 8-ci sınaq uçuşu "SpaceX" saytında canlı yayımlanıb.

ABŞ-ın Texas ştatındakı "Starbase" obyektindən havaya qalxması planlaşdırılan “Starship” raketinin səkkizinci sınaq uçuşu açıqlanmayan problemlər səbəbindən buraxılışına 40 saniyə qalmış ləğv edilib.

Növbəti sınaq uçuşu üçün dəqiq bir tarix verilməsə də, Mask X sosial media hesabında sınaq uçuşunun bir və ya iki günə yenidən keçirilə biləcəyini bildirib.

Şirkətin internet saytında verilən açıqlamada "Starship" komandasının növbəti sınaq uçuşuna hazırlaşdığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu