İsrail Kats: İsrailin İrandakı missiyası başa çatmayıb
İsrailin müdafiə naziri İsrail Kats bu gün keçirilən anım mərasimindəki çıxışı zamanı ölkəsinin İran, Livan, Qəzza və Suriyada əldə etdiyi hərbi uğurlardan danışıb.
AFN.az "Epoch" nəşrinə istinadən xəbər verir ki, nazir tarixi nöqteyi-nəzərdən altıgünlük müharibəni İsrail dövlətinin müstəqillik müharibəsindən sonra ən mühüm hadisəsi adlandırıb və hazırda 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatların da miqyasına görə həmin dövrlə bənzərlik təşkil etdiyini bildirib. "Dirçəliş müharibəsi"ndə qazanılan çoxsaylı nailiyyətlərə, eləcə də hava, quru və dənizdəki qəhrəmanlıqlara diqqət çəkən Kats, İrandakı missiyanın hələ tam yekunlaşmadığını xüsusi vurğulayıb.
Müdafiə nazirinin sözlərinə görə, son bir ildə İran bütün sahələrdə özünü illərlə geriyə salacaq dərəcədə ağır zərbələr alsa da, əsas hədəf rəsmi Tehranın İsrail, ABŞ və azad dünya üçün bir daha heç vaxt mövcudluq təhdidi yaratmayacaq vəziyyətə gətirilməsidir. Kats bu məqsədlərə tam nail olmaq üçün yaxın gələcəkdə yenidən hərəkətə keçməyə hazır olduqlarını bəyan edib.
