Bolqarıstanda NATO-nun irimiqyaslı təlimləri başlayır


Bolqarıstanda "Strike Back 26" adlı NATO hərbi təlimləri keçiriləcək. Sənədlərə əsasən, manevrlər mayın 26-dan iyunun 13-dək davam edəcək.

AFN.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatına görə, qeyd olunan dövr ərzində Bolqarıstan, Rumıniya, ABŞ və Türkiyə quru qoşunlarının bölmələri, həmçinin NATO-nun çoxmilli döyüş qrupu Haskovo şəhəri yaxınlığındakı "Koren" poliqonunda döyüş atışlı taktiki təlimlər keçirəcək.

Təlimlərlə əlaqədar olaraq, hərbi texnikanın Bolqarıstanın avtomobil yolları ilə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə kolonları Hərbi Polis qüvvələri müşayiət edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu