Nigeriyada terroristlərin girov götürdüyü 92 mülki şəxs xilas edilib



Nigeriyanın şimal-şərqində terror təşkilatları "Boko Haram" və İŞİD-in Qərbi Afrika qanadı ISWAP tərəfindən girov götürülən 92 mülki şəxs xilas edilib.

AFN.az xəbər verir ki, terroristlərə qarşı keçirilən "Hadin Kai" əməliyyatının media və informasiya məsul şəxsi Sani Uba ordunun Borno əyalətində "Boko Haram" və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar təşkil etdiyini açıqlayıb.

Hərbi əməliyyatlar zamanı terroristlərin girov saxladığı 92 mülki vətəndaş azad olunub.

Əməliyyatların xüsusi müşahidə sistemləri sayəsində uğurla həyata keçirildiyini bildirən Uba xilas edilənlərin 52-nin kişi, 33-nün qadın və 7-nin uşaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu