Nigeriyada bir həftə ərzində 140 terrorçu zərərsizləşdirilib


Nigeriyada İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları və onların dəstə üzvlərinə qarşı keçirilən əməliyyatlarda bir həftə ərzində 140 terrorçu zərərsizləşdirilib.



AFN.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba həftəlik mətbuat konfransında ölkədə artan təhlükəsizlik problemlərinə qarşı apardıqları mübarizə haqqında məlumat verib.

Buba bir həftə ərzində ölkənin müxtəlif bölgələrində terror təşkilatlarına və silahlı dəstə üzvlərinə qarşı əməliyyatların aparıldığını bildirib.

Əməliyyatlar zamanı 140 terrorçu və silahlı dəstə üzvünün öldürüldüyünü qeyd edən Buba, 135 nəfərin ələ keçirildiyini bildirib.

Buba əməliyyatlar zamanı fidyə üçün girov götürülən 76 nəfərin də xilas edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu