“Beşiktaş” Sergen Yalçınla yolları ayırdı


“Beşiktaş” baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

AFN.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

53 yaşlı mütəxəssisin 2027-ci ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqustunda “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada mövsümü 60 xalla 4-cü pillədə başa vurub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu