BƏƏ Hörmüz boğazından yan keçən yeni boru kəməri layihəsini sürətləndirəcək



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Hörmüz boğazından yan keçən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni "Qərb-Şərq Boru Kəməri" layihəsini sürətləndirmək qərarına gəlib.

AFN.az xəbər verir ki, Əbu-Dabi Media Ofisindən verilən açıqlamaya görə, Əbu-Dabi vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan şirkətin idarə heyətinin iclasına sədrlik edib.

Şahzadə Al Nəhyan ADNOC-un təhlükəsiz fəaliyyəti davam etdirmək və etibarlı enerji tədarükünü təmin etmək qətiyyətindən məmnunluğunu ifadə edib.

Al Nəhyan ADNOC-un Füceyrə vasitəsilə ixrac imkanlarını iki qat artıracaq yeni "Qərb-Şərq Boru Kəməri" layihəsi haqqında məlumat alıb.

Hazırda tikinti mərhələsində olan və 2027-ci ildə fəaliyyətə başlaması gözlənilən xətlə bağlı Al Nəhyan ADNOC-un qlobal tələbatı ödəmək üçün dünya miqyasında layihələr həyata keçirdiyini bildirərək, bu layihənin sürətləndirilməsi barədə tapşırıq verib.

BƏƏ-nin "Qərb-Şərq Boru Kəməri" kimi də tanınan "Habşan–Füceyrə Boru Kəməri" Hörmüz boğazından yan keçərək neft ixracı imkanı yaradır.

Habşan quru obyektlərindən Oman körfəzi sahilindəki Füceyrə limanına qədər uzanan xəttin gündəlik 1,5–1,8 milyon barel ötürmə gücünə malik olduğu bilinsə də, hazırda istifadə edilə bilən real gücünün gündəlik 700 min barel olduğu qiymətləndirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu