Toy günü sağdışını öldürən bəyə 30 il həbs cəzası verilib
Miçiqan ştatında evləndiyi günün axşamı spirtli içkinin təsiri altında mübahisə etdiyi sağdışını avtomobillə vuraraq öldürən bəyə bazar ertəsi keçirilən məhkəmədə 30 il həbs cəzası kəsilib.
AFN.az xəbər verir ki, 24 yaşlı Ceyms Şirah 30 avqust 2024-cü ildə baş verən hadisə zamanı ən yaxın dostu Terri Teyloru qəsdən avtomobillə əzərək ölümünə səbəb olub.
Hadisə bəyin toy mərasimindən sonra şənliyin davam etdiyi evin qarşısında baş verib.
Məhkəmə zamanı göz yaşları içində peşmançılığını dilə gətirən Şirah ömrünün qalan hissəsində edə biləcəyi tək şeyin üzr istəmək olduğunu bildirsə də, hakim Hari Hanibl ona xitabən "Sənin cinayətkar olduğuna inanmıram, amma sən bir qatilsən" deyərək hökmü açıqlayıb.
Qeyd edək ki, cinayətə şərik olmaqda ittiham olunan gəlin Savana Kolliyerin məhkəmə hökmünün isə 26 may tarixində elan edilməsi gözlənilir.


