İran Futbol Federasiyası: 2026-cı il Dünya Çempionatında mütləq iştirak edəcəyik



İran Futbol Federasiyası İran milli futbol komandasının ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək 2026-cı il FİFA Dünya Çempionatına qatılacağını bəyan edib.

AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, federasiya milli komandanın turnirdə iştirakı ilə bağlı qəti qərarını verib və bu məqsədlə lazımi viza prosedurlarının artıq tamamlandığını duyurub.

Federasiya açıqlamasında bildirib ki, İran milli komandası əldə etdiyi uğurlu nəticələrlə bu mötəbər turnirə vəsiqə qazanmağa tam layiqdir və hazırda futbolçular hazırlıq məşqlərini fasiləsiz davam etdirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu