İqlim dəyişikliyi səbəbindən 2100-cü ilə qədər on minlərlə bitki növü məhv ola bilər



ABŞ və Böyük Britaniyada aparılan araşdırmalar nəticəsində 2100-cü ilə qədər iqlim dəyişikliyi ilə əlaqədar on minlərlə bitki növünün yox ola biləcəyi müəyyən edilib.

AFN.az xəbər verir ki, elm adamları adətən heyvanlar üzərindən qiymətləndirilən iqlim dəyişikliyi təsirlərinin bitkilər üçün yarada biləcəyi nəticələri tədqiq ediblər.

ABŞ-da həyata keçirilən tədqiqatda tədqiqatçılar kompüter modelləşdirmələri vasitəsilə dünyadakı bitki növlərinin 18 faizini 2100-cü ilə qədər gözləyən ssenariləri nəzərdən keçiriblər.

Mütəxəssislər müəyyən ediblər ki, temperatur artımı, həmçinin yağış və qar yağışındakı qeyri-sabitlik səbəbindən dünyadakı bitki növlərinin 7 faizindən 16 faizinə qədəri yaşayış mühitinin ən azı 90 faizini itirə bilər.

Vəziyyətin xüsusilə Arktika və Aralıq dənizi bölgələri ilə Avstraliyada daha pisləşdiyini müşahidə edən tədqiqatçılar, sözügedən növlərin tamamilə yox olma təhlükəsi ilə üz-üzə olduğunu ortaya qoyublar.

Araşdırmanın müəlliflərindən biri Siaoli Donq qeyd edib ki, karbon emissiyasının orta səviyyədə olduğu ssenaridə bu, təxminən 35 min ilə 50 min arasında bitki növünə bərabərdir, lakin çirklənmə artarsa, bu rəqəm daha da böyüyə bilər.

Böyük Britaniyada aparılan digər bir araşdırmada isə tədqiqatçılar 335 mindən çox növü əhatə edən çiçəkli bitkilərin məhv olma riskini ölçüblər.

Nəticədə 10 minə yaxın çiçəkli bitki növünün yox olma təhlükəsi ilə qarşı-qarşıya olduğu müəyyən olunub.

Hər iki araşdırmanın tapıntıları məşhur "Science" jurnalında dərc olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu