Pentaqon "Meta" ilə əlaqəli süni intellekt şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) süni intellekt imkanlarını genişləndirmək səyləri çərçivəsində "Meta"nın tərəfdaşı olduğu "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzaladığı bildirilib.

AFN.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, saziş "Scale AI" şirkətinin böyük həcmli məlumatları analiz etməsini və hərbi qərar qəbulu proseslərini dəstəkləməsini əhatə edir.

"Scale AI"ın dövlət sektoru bölməsinin rəhbəri Den Tadross məsələ ilə bağlı açıqlamasında "Bu müqavilə Pentaqonun süni intellekt texnologiyalarını mənimsəməkdəki qətiyyətinin bir sübutudur" ifadəsini işlədib.

San-Fransisko mərkəzli "Scale AI" hazırda Prezident Donald Trampın "Qızıl Qübbə" milli raketdən müdafiə sistemi layihəsində, həmçinin Pentaqonun süni intellektin hərbi strategiya və əməliyyatlara inteqrasiyasını hədəfləyən "Thunderforge" təşəbbüsündə də iştirak edir.

Digər tərəfdən, may ayının əvvəlində Pentaqonun hərbi sahədə qabaqcıl süni intellekt texnologiyalarının istifadəsini artırmaq məqsədilə "Nvidia", "Microsoft", "Reflection AI""Amazon Web Services" (AWS) kimi texnologiya nəhəngləri ilə də müqavilələr imzaladığı qeyd olunur.

Xatırladaq ki, Pentaqon 2025-ci ilin sentyabrında "Scale AI" ilə 100 milyon dollarlıq müqavilə imzalamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu