FHN-in idarəsindən "Araz-Motors"a 1,2 milyonluq sifariş


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi quru yolu hərəkət vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələri və təmiri ilə bağlı tenderə yekun vurub.

AFN.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, tenderin qalibi "Araz-Motors” şirkəti seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 209 909,73 manat təşkil edir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Araz-Motors” MMC 20 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 535 020 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, "Azərboru” İstehsalat Birliyinin ərazisində yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev İlqar Elxan oğludur.

Şirkətin internet saytında yerləşdirilən məlumata görə, müəssisə 1996-cı ildə yaradılıb. "Araz-Motors” MMC "Volkswagen”, "Mercedes Benz”, "BMW”, "Audi”, "Porsche”, "Land Rover”, həmçinin Yapon və Koreya qrupu avtomobilləri üçün orijinal ehtiyat hissələrinin tədarükünü və ölkə daxilində satışını həyata keçirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu