ATU-da stomatologiya sahəsində müasir tələblərə uyğun Tədris Mərkəzi açılıb


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının nəzdində fəaliyyət göstərən və müasir tələblərə cavab verən Tədris Mərkəzinin açılış mərasimi keçirilib.

AFN.az xəbər verir ki, universitetin rektoru, professor Gəray Gəraybəyli stomatologiya sahəsində təhsil alan tələbələrin praktiki vərdişlərini, bilik və bacarıqlarını artırmaq məqsədilə yenilənmiş Tədris Mərkəzində yaradılmış müasir infrastruktur, gücləndirilmiş maddi-texniki baza və tədris imkanları ilə yaxından tanış olub.

Tədris işləri üzrə prorektor, professor Anar Ağayev, Təlim-tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov, İnzibati-təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov, Klinikanın direktoru İmran Ağayev və digər məsul şəxslərin iştirak etdiyi açılış mərasimində Mərkəzin fəaliyyəti haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, əsaslı şəkildə yenilənən Mərkəz ən son texnologiyalara uyğun avadanlıq, müasir stomatoloji qurğular, zəruri tibbi ləvazimat və mulyajlarla tam təmin edilib.

Ətraflı baxış keçirildikdən sonra müvafiq tövsiyələrini də verən rektor ümumilikdə yaradılmış şəraiti müsbət dəyərləndirib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu