Almaniyada avtomobil piyadaların arasına girdi: 2 ölü, 8 yaralı
Almaniyanın Leypsiq şəhərində avtomobilin piyadaların arasına girməsi nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, Leypsiq meri Burkhard Yunq hadisə yerində 2 nəfərin öldüyünü təsdiqləyib və sürücünün polis tərəfindən saxlanıldığını bildirib.
Yerli mətbuatın şahidlərin ifadələrinə əsaslanaraq yaydığı məlumata görə, xəsarət alan 8 nəfərdən bəzilərinin vəziyyəti ağırdır. Hadisə yerinə çox sayda helikopter və təcili yardım briqadası cəlb olunub.
Polis ərazini təhlükəsizlik çəmbərinə alıb və hadisənin qəza, yoxsa qəsdən törədilmiş bir əməl olduğunu müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya başlayıb.

