İran tüməni dəyər itirməkdə davam edir - Dollar rekord qırdı
İranda ABŞ dolları azad bazarda tarixinin ən yüksək səviyyəsinə qalxaraq 184 min tümən həddinə çatıb.
AFN.az xəbər verir ki, ölkədə dolların satış məzənnəsinin bu həddə çatması ilə İranın milli valyutası azad bazarda rekord səviyyədə dəyər itirib.
ABŞ və İsrailin hərbi əməliyyatlarının başladığı 28 fevral tarixindən əvvəl 1 ABŞ dolları 160 min tümən səviyyəsində dövriyyə edirdi. Müharibənin sonrakı mərhələlərində isə bir dollar 135 min tümənə qədər geriləmişdi.
Son vaxtlar İranın milli valyutasında müşahidə olunan bu kəskin ucuzlaşma ABŞ-ın tətbiq etdiyi ağır sanksiyalarla yanaşı, müharibənin yaratdığı iqtisadi təzyiqlər nəticəsində ciddi həddə çatıb. Ekspertlər valyuta bazarındakı bu qeyri-sabitliyin inflyasiyanı daha da sürətləndirəcəyini proqnozlaşdırırlar.

