İran tüməni tamamilə dəyərdən düşdü
İran rialının məzənnəsi ölkədə ölkə rəhbərliyinə qarşı davam edən kütləvi etirazlar fonunda tarixi minimuma düşüb.
AFN.az xəbər verir verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İki yerli treyderin “Bloomberg”ə verdiyi açıqlamaya görə, əsas valyuta əməliyyatlarının aparıldığı qara bazarda 1 ABŞ dolları orta hesabla 384 min riala satılır. Dolların kütləvi alınmasına Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya silah tədarükünə görə İrana sanksiyalar tətbiq etməsi, həmçinin bir neçə edamın həyata keçirildiyi etirazların yatırılması səbəb olub.
Sentyabrın ortalarından etibarən rial 18 faiz dəyər itirib. Yerli treyderlərdən biri qeyd edib ki, xarici valyutaya tələb artmaqda davam edir. Çünki biznes təzyiq altındadır və sanksiyaların ləğvi perspektivi uzaq görünür. İran valyutası 2018-ci ildən, yəni ABŞ-ın nüvə sazişində iştirakdan imtina etməsindən sonra ucuzlaşır. O vaxtdan bəri hakimiyyət valyuta bazarlarını nəzarətdə saxlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Bundan başqa, dolların və digər xarici valyutaların populyarlığına yüksək inflyasiya və ev təsərrüfatlarının gəlirlərinin azalması təsir göstərir.
M.Vahidli