MOM-da partlayış: Xəstə öldü, həkim yaralandı (YENİLƏNİB)


Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

AFN.az xəbər verir ki, partlayış otaqların birində baş verib. Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu