Evdən tez-tez qaçırdı, 3 aydır xəbərim yoxdur - 14 yaşlı qızın anası (VİDEO)


Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib.

AFN.az-ın RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib. 10 övladının olduğunu deyən ana, qızının tez-tez evdən qaçdığını qeyd edib:

“Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, o ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin”.

Xatırladaq ki, daha əvvəl dilənçiliklə məşğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, xarici görünüşünə görə qısa zamanda “TikTok” platformasında məşhurlaşmışdı.

Hadisə ilə bağlı daha ətraflı videomaterialda:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu