Yunanıstanda pensiya məhkəməsini uduzan 89 yaşlı şəxsdən qətliam cəhdi



Yunanıstanın paytaxtı Afinada 89 yaşlı bir şəxs uduzduğu pensiya məhkəməsindən sonra sosial müdafiə idarəsinə və məhkəmə binasına silahlı hücum edib.

AFN.az xəbər verir ki, çərşənbə axşamı baş verən hadisədə 5 nəfər yüngül yaralanıb, hücumçu isə hadisədən təxminən 6 saat sonra Afinadan 200 kilometr uzaqlıqdakı Patra şəhərində yaxalanıb. Hücum səhər saatlarında Kerameikos bölgəsindəki Milli Sosial Müdafiə Fondunda (EFKA) başlayıb. Şahidlərin sözlərinə görə, plaşının altında ov tüfəngi gizlədən qoca binanın dördüncü mərtəbəsinə qalxaraq işçilərə yerə yatın deyə qışqırıb və atəş açaraq bir nəfəri ayağından yaralayıb. Daha sonra taksi ilə Afina Apellyasiya Məhkəməsinə gedən şübhəli orada da atəş açıb və nəticədə qəlpə yaraları alan 4 qadın işçi yüngül xəsarət alıb.

Hadisə yerində silahını və bir sənədlərini qoyub qaçan hücumçunun "Nə baş verdiyini bu sənədlərdə tapacaqsınız!" deyə qışqırdığı iddia edilir. Genişmiqyaslı əməliyyat başladan Yunanıstan polisi şübhəlini saatlar sonra Patradakı otellərin birində, üzərində dolu tapança ilə birlikdə ələ keçirib. Yerli mətbuatın məlumatına görə, Afinada zibilyığan və ya dəmir yığan şəxs kimi çalışan bu şəxsin pensiya hüquqları ilə bağlı hüquqi mübarizəni uduzduğu bildirilir. Məlum olub ki, o, əvvəllər ABŞAlmaniyadan pensiya alıb, lakin Yunanıstandakı müraciətləri 20152017-ci illərdə rədd edilib. Hadisədən sonra Afina məhkəmə işçiləri binalardakı təhlükəsizlik çatışmazlığına etiraz olaraq 24 saatlıq tətil qərarı alıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu