Beynəlxalq yarışmada Azərbaycan kursantları uğur qazanıblar


19–25 aprel tarixlərində Özbəkistanda keçirilən “Vətənpərvərlər” adlı beynəlxalq yarışmada Azərbaycan kursantları böyük uğura imza atıblar.

AFN.az xəbər verir ki, Belarus, Rusiya, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan komandalarının qatıldığı yarışmada ölkəmizi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları təmsil ediblər.

Yarış çərçivəsində liseyin kursantı Əli Əlizadə tərəfindən təqdim olunan “ağıllı eynək” layihəsi beynəlxalq münsiflər heyətinin və iştirakçıların xüsusi diqqətini çəkib. Görmə qabiliyyəti zəif olan və ya tamamilə kor insanlar üçün nəzərdə tutulan bu innovativ ixtira, istifadəçiyə ətraf mühiti daha rahat qavramağa və maneəsiz hərəkət etməyə kömək edir.

Azərbaycanlı kursantın hazırladığı layihə bütün iştirakçı komandalar arasında ən yüksək nəticəni göstərərək 1-ci yerə layiq görülüb. Qalib komandaya mükafat hərbi hissə komandiri tərəfindən təntənəli şəkildə təqdim edilib.

Bu uğur Azərbaycan gənclərinin, xüsusilə gələcək hərbçilərimizin innovasiya və yüksək texnologiyalar sahəsindəki böyük potensialını beynəlxalq müstəvidə bir daha sübut edib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu