Deyir, qonşu təcavüz edib - 15 yaşlı qızın anası (VİDEO)


Xəbər verildiyi kimi, Ucar rayonunda 15 yaşlı qız uşaq dünyaya gətirib. AFN.az-ın xəbərinə görə, hadisə ilə bağlı zərərçəkmişin anası ilk dəfə açıqlamalar verib.

Ana iddia edib ki, hadisədə günahkar yaxınlıq etdikləri qonşusudur: "Xəbərim olmayıb. Martın 31-i qızımı həkimə apardım, orada bildim ki, hamilədir. Qız deyir ki, qonşu Vəliyev Sabir ona təcavüz edib. O qonşu ilə gedişli-gəlişli olmuşuq, yaxın idik", - deyə o əlavə edib.

Adıçəkilən qonşunun atası isə ittihamları rədd edərək bildirib ki, oğlunun bu məsələdə günahı yoxdur: "6-7 nəfəri şöbəyə çağırıb izahat alıblar. DNT nəticələrində hər şey bilinəcək. Uşağımın üstünə şər atırlar".

Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən uşağın atasının kimliyinin müəyyənləşdirilməsi və cinayət tərkibinin yoxlanılması istiqamətində iş aparılır.

Hadisənin daha ətraflı təfərrüatları "APA TV"-nin süjetində təqdim olunub:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu