Direktoru həbs edilən şirkətin 483 min manat borcu var


"Naxçıvan Taxıl Məhsulları" MMC-nin külli miqdarda vergi borcu yaranıb.

AFN.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin vergi borcu 483 896,19 manat təşkil edir.

"Naxçıvan Taxıl Məhsulları” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasi Talıbova məxsus olmuş "Gəmiqaya Taxıl Məhsulları” şirkətinin bazasında yaradılıb.

2010-cu ildə qeydiyyata alınan MMC-nin nizamnamə kapitalı 300 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Əli Rüstəm oğludur.

Ondan əvvəl şirkətin rəhbəri Tarverdiyev Şakir Nazim oğlu olub. O, cari ilin mart ayında Baş Prokurorluqda başlanmış cinayət işi çərçivəsində saxlanılıb və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mediada gedən məlumatlara görə, "Naxçıvan Taxıl Məhsulları” MMC-nin hazırki rəhbəri Şakir Tarverdiyevin qayınatasıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu