Məşhur tütün şirkətinin 844 min manat vergi borcu var

Yaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala Agro İndustry" MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin vergi borcu hazırda 844 305,77 manat təşkil edir.
Araşdırmalar zamanı məlum olub ki, şirkətdə səyyar vergi yoxlaması keçirilib və məsuliyyətə cəlbetmə qərarının nəticəsi olaraq 653 909,75 manat əlavə vergi, 370 609 manat isə maliyyə sanksiyası hesablanıb.
"Zaqatala Agro İndustry” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əsədov Emin Hüseyn oğlu və o, şirkətdə direktor vəzifəsini tutur.
"Zaqatala Agro İndustry” MMC əsasən tütünçülük sahəsində fəaliyyət göstərir.