Şəfa Özəl Tibb Mərkəzinin vergi borcu yaranıb
Naxçıvanda fəaliyyət göstərən "Şəfa" Özəl Tibb Mərkəzinin dövlətə vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, tibb mərkəzinin Naxçıvan Şəhər Vergilər İdarəsinə ümumilikdə 10.669,57 manat məbləğində vergi borcu olduğu müəyyən edilib.
Məlumata görə, nizamnamə kapitalı 10 manat olan "Şəfa" Özəl Tibb Mərkəzinin qanuni təmsilçisi Kərimov Əmir Sadıx oğludur.
Qeyd edək ki, sözügedən tibb müəssisəsi muxtar respublika ərazisində uzun müddətdir müxtəlif tibbi xidmətlər üzrə fəaliyyət göstərir.

