İran: BƏƏ-də amerikalı hərbi pilot və mühəndislərin toplandığı məntəqə vuruldu



İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) amerikalı uçuş mühəndisləri və hərbi pilotların toplandığı məxfi məntəqənin ballistik raketlərlə vurulduğunu iddia edib.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada "Birləşmiş Ərəb Əmirliklərindəki bazalardan birinin kənarında amerikalı uçuş mühəndisləri və hərbi pilotlar üçün nəzərdə tutulmuş məxfi görüş yeri ballistik raketlərlə dəqiqliklə vurulub" ifadələri işlədilib.

Məlumatda həmçinin qeyd olunub ki, hadisə yerindən alınan xəbərlər və müşahidə edilən intensiv təcili tibbi yardım maşınlarının hərəkəti hücum nəticəsində çox sayda ölü və yaralının olduğuna işarə edir. SEPAH hücumun hədəfinə dəqiqliklə çatdığını və ABŞ-ın hərbi kadrlarına ağır zərbə endirildiyini iddia edir.

Hələlik ABŞ tərəfi və ya BƏƏ rəsmiləri sözügedən hücum və itkilər barədə rəsmi açıqlama verməyiblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu