SEPAH: ABŞ-a məxsus F-35 qırıcısı vurulub



İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin mərkəzi bölgələrində ABŞ-a məxsus F-35 qırıcısını hava hücumundan müdafiə sistemləri ilə vuraraq düşürdüyünü iddia edib.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında "Amerika istehsalı olan təkmilləşdirilmiş F-35 döyüş təyyarəsi SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi tərəfindən İranın mərkəzi səmalarında məhv edilib" ifadələri yer alıb.

Son 12 saat ərzində ikinci qırıcının düşürüldüyü irəli sürülən bəyanatda təyyarənin tamamilə parçalanması səbəbindən pilotun taleyi barədə hələlik məlumatın olmadığı bildirilib. Vurulan təyyarənin İngiltərədəki Leykenhit aviabazasındakı filota bağlı olduğu qeyd edilib.

Xatırladaq ki, İran martın 19-da ABŞ-a məxsus bir F-35, dünən isə İsrailə məxsus F-16 qırıcısını vurduğunu elan etmişdi. ABŞ ordusu isə İran tərəfindən hədəf alınan F-35-in bölgə ölkələrindən birindəki bazaya sərt eniş etdiyini iddia etmişdi.

İran dünən həmçinin Hörmüz boğazı yaxınlığındakı Keşm adasında müasir bir qırıcının düşürüldüyünü açıqlayaraq vurulma anına aid olduğu deyilən görüntüləri paylaşıb. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin vurulmadığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu