"Artemis II"-nin ayaqyoluda nasazlıq yaranıb



ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 50 ildən çox fasilədən sonra Aya ilk uçuşu həyata keçirən "Artemis II" missiyasının heyəti Yer orbitində olarkən texniki problemlə qarşılaşıb.

AFN.az xəbər verir ki, astronavtlar kosmik gəmidəki ayaqyolu sistemində nasazlıq yarandığı barədə yerdəki idarəetmə mərkəzinə məlumat veriblər.

"New York Times" (NYT) qəzetinin yazdığına görə, NASA rəsmisi Amit Kşatriya mətbuat konfransında bildirib ki, idarəetmə blokunda nasazlıq işığının yanması ilə problem aşkar edilib və heyət dərhal rabitəyə çıxaraq vəziyyəti məruzə edib. Maraqlıdır ki, 1961-1972-ci illərdəki "Apollo" missiyaları zamanı astronavtlar tullantı toplama torbalarından istifadə edirdilər.

Bu missiya dərin kosmosa edilən uçuşlar tarixində ilk dəfə xüsusi ayaqyolu sisteminin quraşdırılması ilə seçilir və hazırda problemin qismən aradan qaldırıldığı qeyd olunur. Cəmi 4 nəfərdən ibarət heyət 10 günlük missiya müddətində kosmik gəminin sistemlərini test etməli, Ayın görünməyən tərəflərini sənədləşdirməli və gələcək eniş zonalarını araşdırmalıdır. NASA ötən gün bəşəriyyətin Aya qayıdışını simvolizə edən bu mühüm uçuşa start vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu