Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib


İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hərbi nəzarəti altında olan Cənubi Livandakı təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verdiyini bəyan edib.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bu barədə İsrailin şimal sərhədlərinə səfəri zamanı qeydə alınmış video müraciətində bildirib.

"Livan üzrə mövcud təhlükəsizlik zonasını daha da genişləndirmək barədə göstəriş verdim ki, müdaxilə təhlükəsinin qarşısını birdəfəlik alaq və sərhədlərimizin raket atəşinə tutulmasına imkan verməyək" - deyə Netanyahu qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu