Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı


Azərbaycanın UFC-dəki nümayəndəsi Tofiq Musayev növbəti döyüşünə çıxıb.

36 yaşlı döyüşçü ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə üz-üzə gəlib.

Gərgin üç raunddan sonra qalib müəyyənləşməsə də, hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsini elan ediblər — 29:28, 29:27, 30:27.

Bu Musayevin UFC-də ilk qələbəsi olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu