“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli məlumdur.
Eyni gündə baş tutacaq matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
3 aprel (cümə)
- “Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30 - “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunlarının tarixi barədə əlavə məlumat veriləcək.



