"Qarabağ"-"Nyukasl" oyununa dəqiqələr qaldı: start heyətlər
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
AFN.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Qarşılaşmanı norveçli baş hakim Espen Eskos idarə edəcək.
Komandaların start heyətləri aşağıdakı kimidir:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Baş məşqçi: Eddi Hau.


