Kokomo Murase Olimpiya çempionu oldu
Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında snoubord yarışları maraqlı anlarla yadda qalır. Qadınlar arasında "big air" kateqoriyasında yaponiyalı idmançı Kokomo Murase bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
İtaliyanın məşhur Livinyo Qar Parkında keçirilən yarışın üçüncü günündə gərgin mübarizə baş tutub. Kokomo Murase üç cəhdin yekununda 179 xal toplayaraq Olimpiya çempionu adını qazanıb. Bu, yapon idmançının karyerasında ikinci olimpiya medalıdır (Pekin 2022-də bürünc medal qazanmışdı).
Yarışın fəxri kürsüsü:
- Qızıl medal: Kokomo Murase (Yaponiya) – 179 xal;
- Gümüş medal: Zoi Sadovski Sinnott (Yeni Zelandiya) – 172,25 xal;
- Bürünc medal: Yu Sunq-eun (Cənubi Koreya) – 171 xal.
Qeyd edək ki, Yeni Zelandiyalı Zoi Sadovski Sinnott son ana qədər liderlik üçün mübarizə aparsa da, gümüş medalla kifayətlənməli olub. Cənubi Koreyalı Yu Sunq-eun isə bürünc medal qazanaraq öz ölkəsinin snoubord tarixində mühüm uğura imza atıb.


