Naxçıvanda “Liderin izi – Millətin Qüruru” layihəsi uğurla başa çatıb


27 yanvar 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Liderin izi – Millətin Qüruru” layihəsinin bağlanış mərasimi təşkil olunub. 


Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Dilarə Gülməmmədli, Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Seymur Xudanov, həmçinin layihə rəhbəri fəal ictimai gənc Gülçin Əfəndizadə çıxış edərək layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, liderlik keyfiyyətlərinin inkişafına və milli dəyərlərin təbliğinə verdiyi töhfələrdən bəhs ediblər.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyətləri əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu