Polşa Müdafiə Nazirliyinin əməkdaşı Rusiyaya casusluq şübhəsi ilə saxlanılıb
Polşa Müdafiə Nazirliyində uzun müddətdir çalışan bir əməkdaşın Rusiya kəşfiyyatına casusluq etdiyi şübhəsi ilə səhər saatlarında saxlanıldığı bildirilib.
Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı rəsmi hesabından edilən paylaşımda "Bu səhər Müdafiə Nazirliyinin mərkəzi binasında uzun müddətdir çalışan bir əməkdaş saxlanılıb. Şübhəli xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham olunur", - ifadələri işlədilib.
Açıqlamada təhqiqatın Hərbi Əks-Kəşfiyyat Xidməti tərəfindən aparıldığına və hüquqi prosedurların davam etdiyinə diqqət çəkilib.
Polşanın "Onet" xəbər saytının məlumatına görə, nazirliyin Müdafiə Strategiyası və Planlaşdırma İdarəsində orta səviyyəli vəzifə tutan şübhəlinin Rusiya kəşfiyyatı üçün casusluq etdiyindən şübhələnilir.



