İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib


Türkiyədəki hərbi bazalar, kritik bölgələr və xaricdəki mühüm nöqtələrlə bağlı məlumatları toplayaraq İran kəşfiyyatına ötürdükləri təsbit edilən 5 şübhəli 3 vilayətdə keçirilən əməliyyatla saxlanılıb.



İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında aparılan işlərdə 5 şübhəlinin "hərbi və siyasi casusluq" cinayətini işlətdiyi müəyyən edilib.

İran İnqilab Keşikçiləri Korpusu kəşfiyyatının mənsubları ilə əlaqə qurduqları təsbit edilən şübhəlilərin Türkiyədəki hərbi bazalar, mühüm bölgələr və xaricdəki kritik nöqtələr haqqında məlumat əldə edərək İran kəşfiyyatına ötürdükləri müəyyən edilib.

Şübhəlilər haqqında həbs qərarı çıxarıldıqdan sonra İstanbul, Antalya və Mersində keçirilən əməliyyatlarda 5 şübhəli yaxalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu