İran iki İngiltərə vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb

İran iki İngiltərə vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir bildirib ki, yanvar ayında iki Britaniya vətəndaşı İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri tərəfindən Kirman əyalətində casusluq ittihamı ilə həbs edilib.
Cahangir bildirib ki, həbs edilən şəxslər turist adı ilə İrana daxil olub və ölkənin bir çox əyalətlərində araşdırma adı altında məlumat toplayıblar. Sözcü bu şəxslərin qərb ölkələrinin kəşfiyyat xidmətlərinə bağlı gizli təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edib.
Bu mövzuda əlavə araşdırmaların davam etdiyi bildirilib.