Rusiya TŞ: Madurodan sonra Merzin qaçırılması təəccübləndirməz
Venesuela prezidenti Nikolas Maduronu saxlanmasından sonra Almaniya kansleri Fridrix Merzin də qaçırılması da təəccübləndirməz.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
Medvedev ABŞ-ın Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyatı ilə bağlı danışarkən Merz üçün “neo-nasist” bənzətməsindən istifadə edib: “Merzin qaçırılması bu karnavalda mükəmməl bir süjet dəyişikliyi ola bilər. Bu mərhələdə bizi təəccübləndirəcək çox da bir şey qalmayıb”.
Medvedev bu ehtimalda müəyyən həqiqət payı olduğunu iddia edərək, bildirib ki, hətta Almaniyada belə onu mühakimə etmək üçün əsaslar var və buna görə də bunun heç bir zərəri olmaz: "Xüsusilə də vətəndaşlar əsassız yerə əziyyət çəkirlərsə".



