Qurban Qurbanova Türkiyə millisinin 44 nömrəli forması hədiyyə edildi - VİDEO


Türkiyənin məşhur futbol şərhçisi Ərtəm Şənər "Qarabağ FK"nın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

AFN.az xəbər verir ki, görüş zamanı Ərtəm Şənər Qurban Qurbanova Türkiyə millisinin imzalı köynəyini və topunu hədiyyə edib. "Türkiyə Futbol Federasiyasının və milli komandamızın salamlarını gətirdim" – deyə Ərtəm Şənər bildirib. Onun gətirdiyi formanının özəlliyi isə nömrəsinin 44 olmasıdır.

Qurban Qurbanov görüş zamanı Türkiyə millisinin oyunlarını diqqətlə izlədiyini, qardaş ölkənin yığmasına uğurlar arzuladığını bildirib və Ərtəm Şənərə göstərdiyi diqqətə görə təşəkkür edib.

Hədiyyə təqdimatına dair görüntüləri Ərtəm Şənər öz sosial şəbəkə hesabında paylaşıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu