Ata Abdullayev azadlığa çıxmaq istəyir


Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs cəzası almış bloqer Ata Abdullayev azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə ərizə təqdim edib. Ata Abdullayev ərizəsində qeyd edib ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib və həmin müddətdə cəzaçəkmə müəssisəsində nümunəvi davranıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti olaraq çəkmək istəyib.

Lakin məhkəmə bloqer Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb və ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu