Ramiz Mehdiyevin mühafizəçisi: Hazırda özünü yaxşı hiss edir


Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və dörd aylıq ev dustaqlığına məhkum edilib.

AFN.az-ın xəbərinə görə, Ramiz Mehdiyevin mühafizəçisi Qənbər Unikal.az-a açıqlamasında bildirib ki, sabiq PA rəhbəri hazırda özünü yaxşı hiss edir.

Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ramiz Mehdiyev ev dustaqlığını "Avropa" otelinin yaxınlığındakı, Tiflis prospektində yerləşən villasında çəkir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu