Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı


Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.

AFN.az xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada "Kopenhagen” və Almaniyanın "Bayer” klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.

Onun köməkçiləri Zeynal ZeynalovAkif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu