Böyük Britaniyada aclıq böhranı: 14 milyon insanın qidaya çıxışı yoxdur


İngiltərədə aclıq böhranı getdikcə dərinləşir. Qida bankları şəbəkəsi Trussell-in hazırladığı hesabatda bildirilib ki, 14 milyondan çox insanın maliyyə imkanlarına görə əsas qidaya çıxışı yoxdur. Bu şəxslər arasında 3,8 milyon uşaq da var. Bu isə ölkədə hər dörd uşaqdan birinin aclıqla üzləşdiyi deməkdir.

Hesabatda qeyd olunub ki, 2022-ci ildə 11,6 milyon olan aclıq yaşayanların sayı iki ildə 2,5 milyon artıb. Ekspertlər böhranın başlıca səbəbləri kimi aşağı gəlir, qeyri-kafi sosial yardım, kirayə və enerji qiymətlərinin artmasını göstərir.

Uşaqlar ən böyük risk altında

Məlumatlara görə, beş yaş və altındakı uşaqların 31%-i aclıq riski olan evlərdə yaşayır. Qida banklarından istifadə edən evlərin təxminən üçdə biri işləyən ailələrdən ibarətdir. Bu, əmək haqqının artıq yoxsulluğa qarşı qoruma təmin etmədiyini göstərir.

Xüsusi kirayəçilərin 28%-i, sosial mənzil kirayəçilərinin isə 44%-i qida təminatı problemi yaşayır. Ev sahiblərində bu göstərici 8%-ə qədər azalır.

Hökumətə təzyiq artır

Hesabatı hazırlayan ekspertlər İşçi Partiyası hökumətinə sürətli addımlar atmaq çağırışı edib. Xüsusilə iki uşaq limitli yardım siyasətinin ləğv olunması tələb olunur. Bu siyasət dayandırılsa, 670 min nəfərin ciddi yoxsulluqdan çıxacağı, bunların 470 mininin uşaqlar olacağı hesablanır.

Uşaq Yoxsulluğu Fəaliyyət Qrupunun (Children’s Poverty Action Group) icraçı direktoru Alison Qarnham bildirib ki, bu məhdudiyyət hər gün yüzlərlə uşağı yoxsulluğa sürükləyir. Qarnham qeyd edib ki, siyasət ləğv edilməzsə, parlamentin sonunda uşaq yoxsulluğu bu gündəkindən də yüksək olacaq.

Siyasi skandal

Müxalif İşçi Partiya deputatı Kim Johnson aclığı skandal bir siyasi uğursuzluq adlandırıb. Müstəqil deputat Raçel Maskil isə yaşayış xərcləri və həyat səviyyəsinin ailələri sıxdığını qeyd edərək hökuməti genişmiqyaslı yoxsulluqla mübarizə strategiyası açıqlamağa çağırıb.

Hökumətin açıqlaması

İngiltərə Əmək və Təqaüd Nazirliyindən verilən açıqlamada bildirilib ki, qida banklarına asılılıqdakı qəbuledilməz artımı dayandırmaq üçün qətiyyətlidilər: "Yoxsul uşaqlar ac qalmasın deyə 1 milyard funtluq dəstək paketi ilə pulsuz məktəb yeməkləri və tətil dövründə qida dəstəyi təmin edirik”.

Bundan əlavə nazirlik, iş mərkəzlərində islahatlar və sosial yardım sistemində dəyişikliklər yolu ilə insanları təhlükəsiz işlərə yönəltməyi hədəflədiklərini açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu