"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi
"Fənərbağça" Joze Mourinyo ilə yollarını ayırıb və klubun yeni baş məşqçisi müəyyənləşib.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddiaya görə, İstanbul klubu İsmail Kartalı geri qaytarır. Onun təyinatının bu gün açıqlanacağı bildirilir.
Qeyd edək ki, İsmail Kartal 2022 və 2023–2024-cü illərdə "Fənərbağça"nı çalışdırıb.




