Pakistanda helikopterin düşməsi nəticəsində 5 nəfər həlak oldu
Pakistanın Gilgit-Baltistan bölgəsində helikopterin düşməsi nəticəsində ilkin məlumata görə 5 nəfərin həyatını itirdiyi bildirilib.
Dawn qəzetinin xəbərinə görə, Gilgit-Baltistan sözçüsü Faizullah Faraq qəzanın Çilas şəhərində baş verdiyini bildirib.
Bölgə polisindən Abdul Hameed məlumat verib ki, bölgə administrasiyasına aid helikopter enişə cəhd edərkən düşüb və ilkin məlumatlara görə 5 nəfər həlak olub.
Hameed qəza baş verdikdən sonra polis və axtarış-xilasetmə qruplarının hadisə yerinə çatdığını qeyd edib.
Qəzanın səbəbləri barədə ətraflı məlumat verilməsə də, bəzi rəsmilər hadisənin texniki nasazlıq nəticəsində baş verdiyini bildirirlər.


