Pakistanda yaraqlılar avtobusu atəşə tutublar: 2-si əsgər olmaqla 9 nəfər ölüb


Pakistanın şimalında silahlı şəxslər avtobusa atəş açıb, ikisi əsgər olmaqla 9 nəfər həlak olub.


Polis zabiti Azmat Şah bildirib ki, atışma şənbə günü axşam şimaldakı Gilgit Baltistan bölgəsinin Çilas rayonunda baş verib.

Avtobus Gilgitdən Ravalpindiyə sərnişin aparırmış. Maşın atəşə tutularkən sürücü idarəetməni itirib və yük maşınına çırpılıb. Yük maşını yanıb, hər iki avtomobilin sürücüsü həlak olub.

Hadisə nəticəsində azı 26 nəfər yaralanıb və yerli xəstəxanalara aparılıb.

Gilgit-Baltistanın daxili işlər naziri Şəms Lone jurnalistlərə açıqlamasında hadisənin "terror hücumu" olduğunu və ölənlər arasında Pakistan ordusunun iki əsgərinin olduğunu bildirib.

Pakistan Talibanının sözçüsü Məhəmməd Xorasani verdiyi açıqlamada atışma ilə hər hansı əlaqəni təkzib edərək, bunun onların qruplaşması tərəfindən həyata keçirilmədiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu