"Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirdi


Dreamland-də fəaliyyət göstərən “Marga Wellness” mərkəzinin təşkilatçılığı ilə “Marga Baku Longevity Weekend” adlı möhtəşəm sağlamlıq tədbiri keçirilib.

Tədbirdə Türkiyənin tanınmış simaları — Tuba Ünsal, Nəsrin Cavadzade, Saadet Işıl Aksoy, Ege Kökenli və azad dalğıc üzrə dünya rekordu sahibi Şahika Ercümen iştirak etdilər.

Azərbaycandan isə fəxri qonaq qismində tanınmış sənətçilər Nadir RüstəmliTunzalə Ağayeva yer alıb.

İştirakçılar elmi əsaslı sağlamlıq tətbiqləri, qolf turniri, Redlight terapiyası, Cold Plunge, IV Drips prosedurları, Longevity Check-Updetoks səhər yeməkləri ilə zəngin, unikal bir təcrübə yaşayıblar.

Axşam saatlarında isə Bakı mənzərələri altında təşkil edilən şəhər gəzintiləriyerli mətbəxin ləzzətləri tədbirə xüsusi rəng qatıb.

“Marga”nın uzunömürlülük fəlsəfəsi əsasında hazırlanmış bu həftəsonu proqramı fiziki, zehni və sosial rifahı bir araya gətirərək iştirakçılara unudulmaz anlar bəxş edib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu