Nəsrin Cavadzadədən tənqidlərə cavab: İtimi pulla almamışam - FOTO

Heyvanlara mərhəmət və sevgi ilə yaxınlaşıram
Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cins it sahibləndiyinə görə sosial şəbəkələrdə ünvanına yönələn tənqidlərə münasibət bildirib.
Aktrisa şəxsi sosial media hesabında paylaşım edərək tənqidlərə sərt reaksiya verib:
"Dolce adlı iti pulla almamışam. Bir dostum mənə hədiyyə edib. Evimdə isə küçədən götürdüyüm iki pişik yaşayır. Bu günə qədər sahibləndiyim heyvanlar 18-19 yaşlarına qədər yaşayıblar. Onların xroniki xəstəliklərinə baxmayaraq, Allahın verdiyi güc ilə uzun illər onlara qulluq etmişəm.
Türkiyədə şəkər xəstəsi olan pişiyinə insulin dozası verərək yaşadan nadir insanlardan biriyəm. Bu, tibbi bilik və evə bağlı bir həyat tərzi tələb edir. Çünki pişiklərdə şəkər səviyyəsi hər 12 saatdan bir yoxlanılmalıdır.
Dolcedən əvvəl kor bir itim vardı və onu 18 il yaşatdım. Heç vaxt məsuliyyətdən qaçmamışam. Gözümün gördüyü, əlimin çatdığı hər canlıya mərhəmət və sevgi ilə yanaşmışam. Sosial şəbəkədə tanımadığınız insanlar haqqında ağlınıza gələn fikirləri yazmağınız həmin şəxs yox, sizin haqqınızda məlumat verir." (Axsam.az)