Təbrizdə neft zavodunda partlayış baş verib


İranın şimal-qərbində yerləşən Təbriz Neft Emalı Zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.



AFN.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.



Neft emalı zavodunun yaxınlığındakı qatı tüstünün qəza nəticəsində baş verdiyi qeyd edilir.



İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb, zavod adi rejimdə fəaliyyətini davam etdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu