"Qarabağ"ın yeni transferi Dani Bolt oldu

"Qarabağ" yeni mövsüm üçün ilk transferini açıqlayıb.
Ölkə çempionu Dani Boltla anlaşıb.
25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 18 nömrəli formailə çıxış edəcək.
Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqaklubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə bu komandanın heyətində 36 oyunaçıxaraq 2 qolvurub və 3 məhsuldar ötürməedib.
2024–2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt "Fluminense"klubunun yetirməsi olub, həmçinin "Atletiko Paranaense", "Vitoriya"və "Yuventud"şərəfini qoruyub.