Cəbrayıl Sadiqlinin oğlunun toyuna Rafet el Roman gəldi - VİDEO


Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib.



AFN.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu İsmayıl Sadiqliyə "Buta Palace"da möhtəşəm toy keçirib.



İsmayıl Sadiqli Nigar adlı xanımla ailə həyatı qurub. Gəlin Rusiyada fəaliyyət göstərən tanınmış biznesmenlərdən birinin qızıdır.



İş adamı Cəbrayıl Sadiqli toya məşhur türk müğənnisi Rafet El Romanı dəvət edib.



Mərasimdə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, tanınmış muğam ifaçısı Mirələm Mirələmov, Nuri Sərinləndirici və digər məşhurlar iştirak edib. Sənətçilərlə yanaşı, siyasətçilər, biznesmenlər və ictimai xadimlər də məclisdə qonaq olublar.



Qeyd edək ki, Cəbrayıl Sadiqli Azərbaycanda "Dəniz" mebellər şəbəkəsinin və bir sıra biznes obyektlərinin sahibidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu